AÇ-2020-nin püşkü atılıdı - Türkiyə millisinin iki oyunu Bakıda

22:14 - 30 Noyabr 2019

Bu gün AÇ-2020-nin final mərhələsinin püşkatma mərasimi keçirilib.

 

Sportal.az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan püşkatmada 24 milli komanda 4 səbətə bölünüb. Qitə birinciliyinə seçmə mərhələdən vəsiqə qazananlar ilk üç səbətdə, Millətlər Liqası vasitəsilə iştirak hüququ qazanacaq komandalar isə 4-cü səbətdə yer alıblar.

 

A qrupu: Türkiyə, İtaliya (ev sahibi), Uels, İsveçrə
B qrupu: Danimarka (ev sahibi), Finlandiya, Belçika, Rusiya (ev sahibi)
C qrupu: Niderland, Ukrayna, Avstriya, D Liqasının qalibi
D qrupu: İngiltərə (ev sahibi), Xorvatiya, C Liqasının qalibi, Çexiya
E qrupu: İspaniya (ev sahibi), İsveç, Polşa, B Liqasının qalibi
F qrupu: A Liqasının qalibi, Portuqaliya, Fransa, Almaniya (ev sahibi)

 

Əvvəldən məlum olduğu kimi, A qrupunun oyunlarına İtaliyanın paytaxtı Roma ilə yanaşı, Bakı şəhəri də ev sahibliyi edəcək. İyunun 13-də Uels - İsveçrə, 17-də Türkiyə - Uels, 21-də isə İsveçrə - Türkiyə matçları Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Turnirin açılış oyunu olan İtaliya - Türkiyə matçı isə iyunun 12-də Romada oynanılacaq.

 

Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu da Bakıda keçiriləcək.

 

Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində – Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.

Xəbər xətti