Bu gün Azərbaycan Premyer Liqasında XIII tura start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib. Əvvəlcə "Qəbələ" doğma meydanda "Zirə"ni qəbul edib. Oyun meyda sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər görüşdə isə "Sumqayıt" "Keşlə"nin qonağı olub və 1:2 hesabı ilə uduzub.
Turun digər oyunları 1-2 dekabrda keçiriləcək.
30 noyabr (şənbə)
“Keşlə” – “Sumqayıt” - 2:1
Qollar: Miyusko Boyoviç, 16, Lorenso Frutos, 54 - Əmir Ağayev, 66
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASCO Arena”, 17:00
“Qəbələ” – “Zirə” 3-0
Qollar: Rövlan Muradov, 12, Fernan Lopes, 41, Davit Volkov, 70.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Nicat İsmayıllı
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Qəbələ şəhər stadionu, 15:00