“Qarabağ”ın qapıçısı Asmir Beqoviç qış fasiləsində komandadan ayrılacaq.
Sportal.az xəbər verir ki, 32 yaşlı qolkiper müqavilə ilə məxsus olduğu İngiltərə Premyer Liqa təmsilçisi “Bornmut”a qayıdacaq.
“Qarabağ” bosniyalı qapıçını yayda "gilaslar"dan 6 aylıq icarəyə götürmüşdü. Onun müqaviləsi dekabrın sonu başa çatacaq.
“Qarabağ” Avropa Liqasının qrupunda qaldığı üçün Beqoviçlə müqaviləni uzatmamaq qərarına gəlib.
saytlarin hazirlanmasi