İsveçrə millisi AÇ-2020-nin qrup mərhələsi zamanı Azərbaycanda məskunlaşacaq.
Sportal.az xəbər verir ki, bu, oyunları Roma və Bakıda keçiriləcək A qrupunda yer alan komandanın baş məşqçisi Vladimir Petkoviçin istəyidir.
Mütəxəssis ölkəmizdə düşərgə salmağın tərəfdarıdır: “Şübhəsiz ki, Bakıya uzaq səfər futbolçular üçün ağır yük olacaq. Buna görə də qrupun iki oyununu keçirəcəyimiz şəhərdə düşərgə qurmaq planından imtina etməyəcəyik”.
Artıq bu gün İsveçrə Futbol Federasiyasının nümayəndə heyəti Bakıya gələcək. Heyətdə yığmanın menecerləri və təhlükəsizlik xidmətinin əməkdaşları da yer alacaq. Onlar infrastrukturla tanış olacaq, komandanın harada qalmasını dəqiqləşdirəcək.
Petkoviç şəhər haqda eşitdiklərindən də məmnundur: “Biz də eşitmişik ki, Bakıda məşq meydançaları, bazalar, otellər, restoranlar yüksək səviyyədədir”.
Bakıda iki oyun keçirəcək İsveçrə yığması iyunun 13-də Uels, 21-də Türkiyə ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi