Qurban Qurbanov: "Komandada psixoloji gərginlik var"

23:01 - 2 Dekabr 2019

Azərbaycan Premyer Liqasında XIII turun "Sabah" - "Qarabağ" (0:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib.

 

- Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə idi. İstədiyimiz oyunu göstərməsək də, bu, bir az da mümkün deyildi. Eyni şey hər iki komandaya aiddir. Futbolçular çox əziyyət çəkdi.

 

- Rəqibdə dəyişiklik hiss etdiniz?
- Fərqli oyun üslubu var idi. Qarşıdakı oyunlarda bunu daha çox görəcəyik. İstədiklərini tam göstərməyə vaxt lazımdır.

 

- Avropa Liqası oyunundan sonra komandada vəziyyət necədir?
- Normaldır. Bir az psixoloji gərginlik var. Bunu hiss edirəm. Qarşıdakı oyunlara baxmalıyıq.

Xəbər xətti