İsveçrə millisi Bakıda məskunlaşacaq

16:47 - 3 Dekabr 2019

Bu ilin mayından İsveçrə Futbol Assosiasiyasına başçılıq edən Dominik Blan AÇ-2020-nin final mərhələsinin püşkatması barədə fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, federasiya rəhbəri yaxşı qrupa düşdüklərini, əsas çətinliklərinin məsafə və zamanla bağlı olduğunu deyib.

 

"Qrupumuzda əsas problemimiz məsafənin uzaqlığı və saat fərqi ilə bağlı olacaq. Hələlik hansı ölkədə düşərgə quracağımızı müəyyənləşdirməmişik. Əslində plan millimizin iki oyunu harada keçirəcəyi üzərində qurulmuşdu. Bu da o deməkdir ki, komanda Azərbaycanda qalacaq. Ancaq son qərarı verməmişik".

 

İsveçrə yığması qrupda ilk oyununu iyunun 13-də Uelsə qarşı keçirəcək. 4 gün sonra Romada İtaliya millisinin qonağı olacaq isveçrəlilər iyunun 21-də Bakıda Türkiyəyə qarşı qrupun son matçına çıxacaqlar.

Xəbər xətti