"Tobol"da çıxış edən Emil Balayev Qazaxıstan klubunda başa çatan mövsümdə fərqlənənlər siyahısına düşüb.
Sportal.az xəbər verir ki, 25 yaşlı əlcək sahibi geridə qalan mövsüm Kostanay təmsilçisinin heyətində ən çox meydanda olan 3 futbolçudan biridir.
Azərbaycan millisinin üzvü komanda yoldaşı - yarımmüdafiəçi Ruslan Valiullindən yalnız 25 dəqiqə geri qalaraq ikinci yeri tutub. Emilin aktivində 31 oyunda ümumilikdə 2790 dəqiqə var.
saytlarin hazirlanmasi