Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir açıqlama verib.
Sportal.az xəbər verir ki, federasiya rəhbəri millinin Avropa çempionatındakı şanslarını dəyərləndirərkən qrupda iki oyunlarının Bakıda keçirilməsi məsələsinə də toxunub:
"Bakı bizə ev sahibliyi edəcək. Orada bizi dəstəkləyən azarkeşlərimiz çox olacaq. AÇ-2020-də yaxşı nəticə əldə edəcəyimizə inanıram. Əsas hədəfimiz qrupdan çıxmaq olacaq".
Türkiyə millisi iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.
saytlarin hazirlanmasi