Azərbaycan Premyer Liqasında XIV tura start verilib. İlk oyun günündə bir qarşılaşma keçirilib.
Qış çempionluğunu rəsmiləşdirən "Qarabağ" "Keşlə"ni qəbul edib.Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matç saat 19:00-da başlayıb. Görüşdə qalib müəyyənləşməyib - 2:2.
Turun digər 3 oyunu dekabrın 8-i keçiriləcək.
19:00. “Qarabağ” – “Keşlə” - 2:2
Qollar: Dani Kintana, 4, Mahir Emreli, 45 - Hacıağa Hacılı, 40 (öz qapısına), Tural Bayramlı, 47
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, İnqilab Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tofiq Bəhramov adına Respublika Stadionu.
saytlarin hazirlanmasi