Rusiya Premyer Liqasında 19-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” səfərdə “Axmat”a 1:0 hesabı ilə qalib gəlib.
Azər start heyətdə meydana çıxıb və sonadək oynayıb. Əliyev 10-cu dəqiqədə komandasına 3 xal qazandıran qolu vurub. 25 yaşlı yarımmüdafiəçi qarşılaşmanın ən yaxşısı seçilib.
“Ufa” 25 xalla 16 kollektiv arasında 7-cidir.
saytlarin hazirlanmasi