Portuqaliya Premyer Liqasında 13-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Pasuş de Ferreyra” doğma meydanda “Setubal”a 2:3 hesabı ilə uduzub.
Renat sonadək ehtiyatda qalıb.
"Pasuş de Ferreyra" 8 xalla 18 kollektiv arasında 17-cidir.