Premyer Liqada 14-cü turun oyunlarını izləmiş azarkeş sayı məlum olub.
Sportal.az xəbər verir ki, ən yüksək göstərici Masazırda qeydə alınıb. "Sabah"ın "Bank Respublika Arena"da "Neftçi"yə uduzduğu (0:2) oyunu 2000 azarkeş izləyib.
“Sumqayıt”ın "Kapital Bank Arena"da “Qəbələ” ilə heç-heçə etdiyi oyunda (1:1) 1100 azarkeş qeydə alınıb.
Ən aşağı göstərici isə “Neftçi” – “Qəbələ” (4:1) görüşündə qeydə alınıb. “Bakcell Arena”da 450 azarkeş olub.
Zirə İdman Kompleksinin stadionuda baş tutan “Zirə” – “Səbail” görüşünü (4:1) 300 nəfər stadiondan izləyib. "Qarabağ"ın Tofiq Bəhramov adına Respublika Stadionunda "Keşlə" ilə bərabərə qaldığı matçda (2:2) 500 azarkeş tribunalarda olub.
Ümumilikdə turun 4 oyununda 3900 azarkeş olub. Bu da orta hesabla hər matçı 975 nəfərin izləməsi deməkdir.
saytlarin hazirlanmasi