Almaniya III Bundesliqasında XVIII tura yekun vurulub.
Sportal.az xəbər verir ki, bağlanış oyununda Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun formasını geyindiyi "Proyssen" "Meppen"in qonağı olub və 1:3 hesabı ilə uduzub.
Dadaşov 57-ci dəqiqədə meydana buraxılıb. Komandanın yeganə qolunu Rüfət vurub. O, 75-ci dəqiqədə fərqlənib.
18 turdan sonra "Proyssen" 13 xalla 20 iştirakçı arasında 19-cudu.
saytlarin hazirlanmasi