Uels Futbol Assosiyasının nümayəndələri Azərbaycana gəlib.
Sportal.az xəbər verir ki, rəsmilər AÇ-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək görüşləri ilə əlaqədar paytaxtımızdadırlar.
İyunun 13-də İsveçrə, 4 gün sonra isə Türkiyə millisi ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək britaniyalıların nümayəndələri hazırlıq keçəcəkləri mümkün təlim-məşq bazalarına baxırlar. Uelslilər qrup mərhələsi çərçivəsində İtaliya ilə son oyuna qədər Bakıda məskunlaşacaqlar.
saytlarin hazirlanmasi