Dani Kintana ən yaxşı oyunçu seçildi

14:50 - 10 Dekabr 2019

“InStat”ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının 2019/2020-ci illər mövsümünün XIV turunun ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, bu, 332 göstərici ilə “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintanadır.

 

İspan futbolçu “Keşlə”yə qarşı görüşü (2:2) əvəz edilmədən keçirib və 1 qolla yadda qalıb.

Xəbər xətti