Qurban Qurbanov: "Turniri normal oyun, yaxşı nəticə ilə başa vurmaq istəyirik"

13:47 - 11 Dekabr 2019

Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda sabah Lüksemburqun "Düdelanj" jlubunu qəbul edəcək "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib...

- Son oyunumuzdu. Hiss olunur ki, maraq azdı. Hər halda, matça ciddi hazırlaşacağıq. Normal oyunla, yaxşı nəticə ilə turniri başa vurmaq istəyirik.

- Azarkeş sayı az olacaq. Komandanı bu oyuna motivasiya etmək çətin olmayacaq?
- Azarkeşlər az olacaq, bəli. Motivasiya etmək çətin olur. Bu görüşdən əvvəl futbolçulara sərbəstlik vermişik. Oyuna hazırlıq prosesində də, məşqlərdə də. "Düdelanj" tanıdığımız rəqibdi, bu gün və sabah rəqibi daha yaxından tanıyacağıq.

- Azarkeş azlığı komandanıza nə dərəcə təsir edəcək?
- Bilirik ki, bizim üçün hər oyun ciddidi. Stadionun dolu olmasını istərdik. Azarkeşlərimizi də başa düşürəm. Stadionda olmasalar da, bizimlə olacaqlar. Son oyunda stadionun dolmasını istərdik. Nəticə fərqli olsaydı, bəlkə başqa olardı.

- Bu mövsüm ilk dəfədi ki, komanda bir oyuna tam heyətlə hazırdı. Bu durumu görəndə sizi acı gülmək tuturmu?
- Xeyr, deməzdim. Hər zaman istəmişəm ki, bütün oyunlarda tam heyət olsun. Xayme Romero komandayla məşqlər edir, ancaq əvvəlki oyunları buraxmışdı. Bu oyunda da əsas heyətdə olmaq şansı azdı. Komandanın heyəti tam olsa da, istədiyim vəziyyətdə deyil. Ancaq əvvəlki oyunlara baxanda oyunçularımızın durumu yaxşılığa doğru gedir. Bu da bizim üçün önəmlidi.

- Səfərdə rəqibi məğlub etmisiz. Bu sizə üstünlükdü?
- Əsas üstünlüyümüz evimizdə oynamağımızdı. Rəqib də ilk oyunda məğlub olduğu üçün bu matçda daha yaxşı çıxış etmək istəyəcək.

Xəbər xətti