AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Qarabağ” klubu tərəfindən verilmiş appelyasiya şikayətinə baxıb.
Sportal.az xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı Ağdam təmsilçisi tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsinə qərar verib.
AFFA İntizam Komitəsinin 26 noyabr 2019-cu il tarixli qərarı ilə 22 noyabr 2019-cu il, 2019/2020 mövsümündə, Premyer Liqanın 12-ci turunun “Sumqayıt” – “Qarabağ” oyununun (2:1) 72-ci dəqiqəsində “Qarabağ” klubunun 18 nömrəli futbolçusu İsmayıl İbrahimlinin aqressiv davranışa görə cəzalandırıldığı oyun sayı üçdən ikiyə endirilib.
saytlarin hazirlanmasi