Küveyt Premyer Liqasında 7-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamal Mirzəyevin çıxış etdiyi "Əl-Salmiyə" "Əl-Sahel"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Kamal oyuna start heyətdə başlayıb və sonadək oynayıb. 25 yaşlı yarımmüdafiəçi qarşılaşmada 1 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunu yüksək səviyyədə keçirən Kamal 47-ci dəqiqədə Fabianonun vurduğu qolun ötürməsini verib.
Kamal Küveyt çempionatında daha öncə qol vurmuşdu.
"Əl-Salmiyə" 14 xalla 10 komanda arasında 2-ci yerdə qərarlaşıb.
saytlarin hazirlanmasi