Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Sportal.az xəbər verir ki, "Neftçi" evdə "Sumqayıt"la qarşılaşıb. Oyun qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.
"Qarabağ" isə Tofiq Bəhramov adına Respublika Stadionunda "Keşlə"ni qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.
Azərbaycan kuboku, ilk oyunlar
16 dekabr (bazar ertəsi)
18:00. “Neftçi” – “Sumqayıt” - 0:1
Qol: Rəhim Sadıxov, 48
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“Bakcell Arena”
20:00. “Qarabağ” – “Keşlə” - 1:0
Qol: İsmayıl İbrahimli, 53
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Nicat İsmayıllı
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu.
saytlarin hazirlanmasi