Azərbaycan milli komandasının baş məşqçi postuna namizədlərdən olan Robert Prosineçki iddialara münasibət bildirib.
Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis iddiaları təkzib etməyib:
"Hər şey baş verə bilər. Azərbaycan milli komandası ilə nəticə qazanmaq üçün hər cür şərait yaradılıb".
50 yaşlı mütəxəssis 2014-2017-ci illərdə Azərbaycan yığmasını çalışdırıb. Onun son iş yeri Bosniya və Herseqovina yığması olub.
saytlarin hazirlanmasi