Qurban Qurbanov: "Asmir Beqoviç "Qarabağ"da qalmaq istəyir"

23:06 - 16 Dekabr 2019

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov  Azərbaycan kubokunun 1/4 final mərhələsində evdə “Keşlə”yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 

 

Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə qələbəni şərh edib:

 

- Yaxşı oyun alındı. Bu gün yaxşı dinamika var idi. Futbolçular son dəqiqələrə qədər tempi saxladılar. Qol epizodlarımız olsa da, istifadə edə bilmədik. Qalib gəlsək də, hər şeyə cavab görüşündə aydınlıq gələcək. Bu oyun göstərdi ki, cavab matçında daha diqqətli olmalıyıq.

 

 

- Qış fasiləsində gedənlər və gələnlər olacaqmı?

- Danışıq apardıqlarımız var, axtarışlar davam edir. Amma sonda necə olacaq, bilmirik. Bəzi dəyişikliklər ola bilər.

 

- Asmir Beqoviç məsələsində bir yenilik var?

- Düzünü deyim, çətin görünür. Rəhbərliklə görüşüm olacaq. "Bornmut" rəhbərliyi ilə yaxşı münasibətimiz var. Onlarla görüş olacaq. Beqoviç də qalmaq istəyir.

 

- Milli komandaya qayıtmaq təklifi alsanız, necə dəyərləndirərsiniz?

- Bu sualın cavabı burda qalsın. “Qarabağ”la daha yaxşı hazırlaşaq.

Xəbər xətti