2018/19-cu il mövsümündə Çempionlar Liqası və Avropa Liqası turnirlərində iştiraka görə UEFA-dan ayrılmış 85280.00 avro vəsait AFFA-nın vasitəsilə klubların hesabına köçürülüb.
Sportal.az xəbər verir ki, ən çox mükafat "Qarabağ"a ödənilib. Ağdam təmsilçisi büdcəsini 51 min 920 avro ilə zənginləşdirib.
“Qarabağ” – 51920 avro
“Neftçi” – 11120 avro
“Qəbələ” – 11120 avro
“Keşlə” – 11120 avro
“Keşlə” klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda futbolun inkişaf fondundan klubun hesabına köçürüləcək.
saytlarin hazirlanmasi