Rusiya millisinin keçmiş futbolçusu Andrey Arşavin MDB ölkələrinin futbol çempionatarının birləşdirilməsi ideyasından danışıb.
Sportal.az xəbər verir ki, 38 yaşlı veteran hücumçu Azərbaycan, Qazaxıstan və Belarus klublarının Rusiya Premyer Liqasında iştirakının reallaşacağı halda, bunun futbolun inkişafına kömək edəcəyini söyləyib:
“Bir neçə il əvvəl Rusiya və Ukrayna çempionatlarını birləşdirmək ideyasını dəstəkləmişdim. Bu, futbolun inkişafına kömək edəcəkdi. “Kayrat”da oynayanda isə bu klubun problemlərini gördüm. Qazaxıstanda klubların pul qazanmaq fürsətinə ehtiyacı var. Orda bunu etmək qeyri-realdır. Çünki futbolun televiziyada yayımlanma səviyyəsi sıfıra yaxındır. Yerli valyuta azdır. Buna görə də stadionun yarısı boş olur. Avropada rəqabətədavamlı olmaq üçün daxili çempionatda güclü rəqiblərə ehtiyacınız var. Bu vəziyyətdə oyunçular ən yaxşı keyfiyyətlərini göstərəcəklər. İndi Rusiya və Ukrayna çempionatlarının birləşməsi əhəmiyyətsizdir. Kiçik ölkələrin liqalarının birləşməsinə ehtiyac var. Buna görə də Belarus, Azərbaycan və Qazaxıstan klublarını çempionatımıza qatmaq haqda düşünə bilərik. Bu ki maraqlıdır. Hər ölkə öz klubuna pul tökəcək. Üstəlik, azarkeşlərin sayı artacaq. Güclü komanda gələndə stadionda anşlaq olacaq. Bu, idman baxımından qonşularmız üçün maraqlıdır”.
saytlarin hazirlanmasi