"Zirə" "Qarabağ"dan futbolçu alacaq

13:06 - 18 Dekabr 2019

"Zirə" qış fasiləsində heyətini gücləndirəcək.

 

Sportal.az xəbər verir ki, "CBC Sport"da "Tok-şou"nun qonağı olan komandanın baş məşqçisi Zaur Həşimov Ağdam klubundan bir neçə futbolçunu icarəyə götürmək istədiklərini deyib:

 

"Qarabağ"ın iddiası çox böyük olduğu üçün gənc oyunçular əsas heyətə düşməkdə çətinlik çəkir. "Qarabağ"ın əvəzedici heyətindəki bir neçə oyunçu diqqətimi çəkib. Ola bilər ki, qışda xahiş edək, danışıq aparaq və mümkün olarsa, oynatmaq istədiyim oyunçuları komandaya cəlb edim. Fikrimcə, "Qarabağ" futbolçu yetişdirir".

Xəbər xətti