Ölkə kubokunda ilk yarımfinalçılar müəyyənləşdi - YENİLƏNİB

19:45 - 19 Dekabr 2019

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

 

Sportal.az xəbər verir ki, ilk gündə iki qarşılaşma baş tutub. Əvvəlcə "Zirə" "Səbail"i qəbul edib. Komandalar arasında "ASCO Arena"dakı birinci oyunda hesab açılmamışdı. Yenə əsas vaxtda qalib müəyyənləşməyincə əlavə yarım sata ehtiyac duyulub. Burda qol vurmağı bacaran "Zirə" ilk yarımfinalçı olub.

 

Günün digər oyunu Masazırda "Sabah"la "Qəbələ" arasında keçirilib. İlk görüşdə 3 cavabsız qolla qalib gələn "qırmızı-qaralar" bu dəfə 3:2 qələbə qazanaraq, növbəti mərhələyə çıxıb.

 

“Zirə” – “Səbail” - 1:0

Qol: Xulio Sezar Rodriqes, 105+1

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mübariz Haşımov, Vüqar Həsənli
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zirə İdman Kompleksinin stadionu, 15:00
İlk oyun: 0-0

 

“Sabah” – “Qəbələ” - 2:3

Qollar: Bəhlul Mustafazadə, 62, 76 - Davit Volkov, 22, 23, Klesio Bauk, 64

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Qəzənfər Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bank Respublika Arena”, 18:00
İlk oyun: 0-3

Xəbər xətti