İspaniya Futbol Federasiyasının İntizam Komitəsi Sequnda təmsilçisi "Albasete"də çıxış edən Azərbaycan millisinin üzvü Eddi İsrafilovu cəzalandırıb.
Sportal.az xəbər verir ki, çempionatın 20-ci turunda “Rayo Valyekano” ilə görüşün 45+4-cü dəqiqəsində rəqibi başla vurduğu üçün qırmızı vərəqə alan futbolçu 2 oyun komandasına kömək etməyəcək.
Sözügedən oyun "Rayo Valyekano" azarkeşlərinin rəqib futbolçu Roman Zozulyanı təhqir etməsinə görə yarımçıq qalmışdı.
saytlarin hazirlanmasi