Bolqarıstan "Levski" klubu "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçevlə maraqlanır.
Sportal.az sportal.bg saytına istinadən xəbər verir ki, sofiyalılar Ağdam klubuna təklif göndərib. "Qarabağ" ölkə kubokunun 1/4 finalında "Keşlə"yə qarşı keçirəcəyi oyundan sonra qarşı tərəfə cavab verəcək.
26 yaşlı futbolçunun müqaviləsi mövsümün sonunda başa çatır. Bolqarıstan millisinin üzvü 2018-ci ilin yayında Lissabonun "Sportinq" klubundan ağdamlılara keçib.
saytlarin hazirlanmasi