Zaur Həşimov: "Futbolçularda qələbə əzminə görə həddən artıq gərginlik var idi"

18:49 - 19 Dekabr 2019

"Zirə"nin baş məşqçisi Zaur Həşimov ölkə kubokunun 1/4 finalında "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib, yarımfinala yüksəldikləri oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis qələbəni şərh edib:

 

"Çox stressli oyun idi. Bu, hər iki matça aiddir. Futbolçularımızda qələbə əzminə görə həddən artıq gərginlik vardı. Sözün düzü, elə məndə də. Əsas odur ki, nəticə bizim üçün yaxşı oldu və mərhələni keçdik".

 

Xəbər xətti