"Sumqayıt" və "Qarabağ" yarımfinalda - YENİLƏNİB

21:50 - 20 Dekabr 2019

Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə yekun vurulub.

Sportal.az xəbər verir ki, "Sumqayıt" ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi "Neftçi" ilə cavab oyununda qolsuz heç-heməyə razılaşaraq yarımfinala çıxıb.

Son oyunda isə "Keşlə" ilk matçda 0:1 hesabı ilə uduzduğu "Qarabağ"la qarşılaşıb. Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb. İlk matçda minimal hesabla qalib gələn "atlılar" son yarımfinalçı olub.

Buna qədər "Qəbələ" və "Zirə" yarımfinala vəsiqə qazanıb.

 

20 dekabr (cümə)

“Sumqayıt” – “Neftçi” - 0:0
Hakimlər
: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“Kapital Bank Arena”, 17:00

 

“Keşlə” – “Qarabağ” - 1:3

Qollar: Xəzər Mahmudov, 67 - Mahir Emreli, 20, Xayme Romero, 41, Toral Bayramov, 90+2


Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Orxan Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASCO Arena”, 20:00

Xəbər xətti