Samir Abasov "Zirə"nin baş məşqçisi Zaur Həşimovun "Banqladeş və Hindistandan Azərbaycana futbolçu gəlməməlidir" fikrinə münasibət bildirib.
Sportal.az-a danışan 41 yaşlı mütəxəssis həmkarının doğru fikir səsləndirmədiyini bildirib:
“O, Banqladeşdən gəlməmişdi ki. Hindistandan bizim kluba keçdi. Hər kəsin öz fikri var. İndi Zaur Həşimov da Hindistandan oyunçu gətirməsin. Soni Norde Haiti millisinin üzvü idi, məktəb görmüş futbolçudur. Riçard Qadze də Hindistandan “Zirə”yə gəlmişdi. İndi Qadzedən ikiəlli yapışıblar. Daha öncə “Zirə” Hindistandan Kervan Belforu almışdı. Qardaşlar, klublararası dünya çempionatına baxın. Liviya, Sudan, Uqanda millisinin üzvlərini izləyin, görün, nə oyun çıxarırlar. Bu, düzgün yanaşma deyil, məncə”.
Banqladeş və Hindistan çempionatlarında oynamış haitili hücumçu Soni Norde "Zirə"yə Samir Abasovun dönəmində keçmişdi.
saytlarin hazirlanmasi