Azərbaycan millisinin baş məşqçisi postuna əsas namizəd olan Robert Prosineçki ilə danışıqlar aparılacaq.
Sportal.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssislə AFFA-nın adından "Sumqayıt"ın prezidenti Riad Rəfiyev görüşəcək. Görüşün İstanbul və ya Zaqrebdə reallaşacağı vurğulanıb.
Danışıqların yanvarın əvvəlinə qədər davam edəcəyi gözlənilir.
Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırmışdı.
saytlarin hazirlanmasi