Asmir Beqoviç Premyer Liqaya qayıdır

12:12 - 21 Dekabr 2019

“Qarabağ”la müqaviləsi başa çatan və “Bornmut”a məxsus olan Asmir Beqoviç İngiltərəyə qayıda bilər.

 

Sportal.az xəbər verir ki, bosniyalı qapıçını Premyer Liqa təmsilçisi "Vest Hem" heyətinə qatmaq istəyir. 32 yaşlı qolkiper özü də adaya qayıtmaq arzusundadır. Tərəflərin istəyinin üst-üstə düşməsi transferin reallaşması üçün böyük təkan olub.

 

Beqoviç Ağdam klubunda 15 oyun keçirib və 15 qol buraxıb.

Xəbər xətti