Slavçevin yeni klubu müəyyənləşmək üzrədir

12:04 - 21 Dekabr 2019

“Qarabağ”dan ayrılan Simeon Slavçev karyerasını Bolqarıstanda davam etdirə bilər.

 

Sportal.az sportal.bg saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Levski”yə keçmək üzrədir. Onun azad agent statusu daşıması Sofiya klubunu hərkətə keçirib. Yaxın günlərdə keçidin rəsmiləşəcəyi gözlənilir.

 

Bolqarıstanlı futbolçu 2018-ci ilin yayında Lissabonun "Sportinq" klubundan "Qarabağ"a keçmişdi.

 

Xəbər xətti