"Sabah" əcnəbi futbolçunu yola saldı

10:10 - 23 Dekabr 2019

“Sabah” Hendrik Eksteynlə yollarını ayırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, cənubi afrikalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

28 yaşlı futbolçu bu ilin yayında paytatxt klubuna keçmişdi. O, cari mövsümdə keçirdiyi 16 oyunda (13 Premyer Liqa, 3 ölkə kuboku) 3 qola imza atıb.

Xəbər xətti