“Qarabağ”la müqaviləsi başa çatan və “Bornmut”a məxsus olan Asmir Beqoviçin gələcəyi qeyri-müəyyəndir.
Sportal.az xəbər verir ki, bosniyalı qapıçını Premyer Liqa təmsilçisi "Vest Hem"lə yanaşı, Çempionşip klubları - "Derbi" və "Birmingem" heyətinə qatmaq istəyir. Təcrübəli qapıçı ilə Niderlandın PSV klubu da maraqlanır.
Beqoviçi "Qarabağ" da saxlamaq istəyir. Ancaq 32 yaşlı qolkiper yenidən Premyer Liqada çıxış etmək arzusundadır.
Bir neçə gün öncə bosniyalı əlcək sahibi "Qarabağ"dan ayrıldığına işarə vurmuşdu: "Bu möhtəşəm klubda mənim üçün xoş bir dönəm oldu. İndi isə tətil zamanıdır".
Beqoviç Ağdam klubunda 15 oyun keçirib və 15 qol buraxıb.
saytlarin hazirlanmasi