"Səbail"dən ayrıla bilər - Lempard "Çelsi"yə çağırdı

12:12 - 23 Dekabr 2019

Məşhur futbolçu Maykl Essyen "Səbail"dən ayrıla bilər.

 

Sportal.az-ın məlumatına görə, 37 yaşlı yarımmüdafiəçinin karyerasını başa vurub, İngiltərəyə yollanmaq variantı var. "Çelsi"nin baş məşqçisi Frenk Lempard sabiq komanda yoldaşını yanına dəvət edib.

 

41 yaşlı mütəxəssis akademiyadakı işlərin təşkilində Essyenin təcrübəsindən yararlanmaq istəyir.

 

Petr Çexlə Klod Makelele yayda London klubuna qayıtmışdı. Essyen də "zadəganlar"a geri dönmək istəyir. O, buna görə də yanvarda Azərbaycanı tərk etməyi düşünür.

 

Qana millisinin üzvünün paytaxt klubu ilə müqaviləsi 2020-ci ilin yayında başa çatacaq.

Xəbər xətti