14 oyunda 20 futbolçu - "Zirə"nin statistikası

13:26 - 23 Dekabr 2019

Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısının 14 turunda “Zirə”nin heyətində 20 futbolçu meydana çıxıb.

 

Sportal.az xəbər verir ki, Elvin Camalovla Cavid Hüseynov hamıdan çox – hərəyə 13 oyun keçirib. Elvin dəqiqə baxımından meydanda ən çox vaxt keçirən futbolçudur. Legionerlər arasında Alvaro Ampuero daha çox – 12 matçda şans qazanıb. 20 oyunçudan 16-sı qarşılaşmaların yarıdan çoxunda - ən azı 8 görüşdə meydana çıxıb. Bu futbolçulardan 11-i legioner, 9-u yerli futbolçudur.

 

“Zirə”nin 10 üzvü mövsümün ilk yarısında qol vurub. Nicat Süleymanov və Xulio Sezar Rodriges hamıdan çox – 4 dəfə fərqlənib. Cavid Hüseynovla Riçard Qadzenin hesabında 2 top var.


İlk yarıda iki qapıçı meydana çıxıb. Orxan Sadıqlı və Boyan Zoqoviç hərəyə 7 oyun keçirib və eyni sayda – 11 qol buraxıb.

 

“Zirə” 2 dəfə penalti imkanı qazanıb. Xulio Sezar Rodriges dəqiq olubsa, Cavid Hüseynov şansı qaçırıb. Qəsənə klubunun qapısına təyin olunan iki 11 metrlik cərimə zərbəsi qolla nəticələnib. Bu zərbələrin hərəsi bir qolkiperin qapısına vurulub.


İlk iki dövrədə “Zirə”nin futbolçuları 39 sarı vərəqə alıblar. Xəbərdarlıqlar 15 nəfərin passivinə yazılıb. "Qartallar" qırmızı vərəqə ilə cəzalanmayıblar.


“Zirə” mövsümün ilk yarısını iki baş məşqçinin rəhbərliyi altında keçirib. İlk 7 oyunda Samir Abasov, sonra isə Zaur Həşimov komandaya başçılıq edib.

 

No photo description available.

Xəbər xətti