"Neftçi" Bordini göndərir? - iki əcnəbi namizəd

16:06 - 23 Dekabr 2019

"Neftçi" baş məşqçisi Roberto Bordinlə yolları ayıra bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə agent Erkin İbrahimov sosial şəbəkə hesabında məlumat verib: "Bordinı axır ki yola salırlar. Namizədlər arasında vaxtı ilə avrokuboklarda "Qarabağ"ı keçən mütəxəssislər da var: Tomas Doll (APOEL) və Aleksey Baqa (BATE). Hər iki məşqçi hazırda işsizdir".

 

Roberto Bordin ötən mövsümdən "Neftçi"ni çalışdırır. Onun müqaviləsi mövsümün sonuna qədərdir.

 

Aleksey Baqa 2011-2018-ci illərdə BATE-də işləyib. Tomas Doll isə bu mövsüm APOEL-də qısa müddət çalışıb.

Xəbər xətti