Azərbaycan millisinin üzvü Ramil Şeydayev qış transfer dönəmində Moskva "Dinamo"sundan ayrılacaq.
Sportal.az "Sport-Express" nəşrinə istinadən xəbər verir ki, komandanın baş məşqçi Kirill Novikov 23 yaşlı forvarda ehtiyac duymur. Mövsümün sonuna qədər müqaviləsi olan hücumçu qışda komandadan göndəriləcək.
Şeydayev bu ilin yayında "Krılya Sovetov"dan "Dinamo"ya keçib. Ramil Premyer Liqada meydana çıxdığı 8 oyunda 1 assist edib.
saytlarin hazirlanmasi