"Qarabağ" ÇL-dəki nəticələrə görə 100-lüyə düşdü

18:30 - 23 Dekabr 2019

UEFA klubların yeni reytinq siyahısını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 1955-2019-ci illərdə Çempionlar Liqasında əldə olunan nəticələrə əsasən hazırlanan siyahıya Madrid "Real"ı başçılıq edir. Qələbənin 2, bərabərliyin isə 1 xalla qiymətləndirildiyi reytinqdə liderin 600 xalı var.

 

Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" 100-lüyə düşüb. Ağdam klubu 41 xalla 84-cü sıradadır. "Neftçi" 15 xalla 168-ci yerdə qərarlaşıb. "Bakı" 6 xalla 268-ci, "Keşlə" 5 xalla 293-cü, "Şəmkir" və "Kəpəz" 2 xalla 396-397-ci, "Xəzər Lənkəran" isə 1 xalla 424-cüdür.

 

"Qarabağ" son avrokubok mövsümünə ÇL-də başlasa da, III təsnifat mərhələsində mübarizəni dayandırıb və daha sonra Avropa Liqasında qrupa düşüb.

Xəbər xətti