Tomas Dollun "Neftçi"ni çalışdırmaq ehtimalı

11:11 - 24 Dekabr 2019

Baş məşqçisi Roberto Bordinlə yolları ayırmağı planlaşdıran "Neftçi" alternativ variantlar axarır.

 

Sportal.az xəbər verir ki, agentlərin "ağ-qaralar"a təklif etdiyi baş məşqçilərdən biri Tomas Dolldur. Almaniyalı çalışdırıcının paytaxt təmsilçisində çalışmaq ehtimalı digər namizədlərlə müqayisədə daha çoxdur. Lakin daha öncə "Neftçi" Roberto Bordini razı salmalıdır. Mövsümün sonuna qədər müqaviləsi olan mütəxəssisi yola salmaq üçün böyük məbləğdə təzminat ödənilməlidir.

 

"Neftçi"nin baş məşqçi postuna yerli namizədlər də var.

 

Tomas Doll bu mövsüm qısa müddət APOEL-i çalışdırıb. O bu müddətdə "Qarabağ"la avrokuboklarda 3 dəfə üz-üzə gəlib. Nikosiya təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsində Ağdam klubunu keçməyi bacarıb. Qrup mərhələsində də "Qarabağ"a rəqib olan APOEL təmsilçimizə ağır zərbə vurdu.

 

Tomas Dollun Azərbaycanda yaxşı imic qazanması onun adının "Neftçi" ilə hallanmasına şərait yaradıb.

Xəbər xətti