“Qarabağ”la müqaviləsi başa çatan Asmir Beqoviç məxsus olduğu “Bornmut”a qayıdıb.
Sportal.az xəbər verir ki, bosniyalı qapıçının "gilaslar"da qalmaq ehtimalı olmasa da, onun digər Premyer Liqa təmsilçisi "Vest Hem"ə keçəcəyi gözlənilir. 32 yaşlı qolkiperlə Çempionşip təmsilçiləri "Derbi" və "Birmingem" də maraqlanır. Niderlandın PSV klubu da Beqoviçi icarəyə götürmək fikrindədir.
Təcrübəli qapıçının "Qarabağ"a keçməyəcəyi dəqiqləşib. Onun əsas fikri İngiltərə Premyer Liqasında oynamaqdır.
Beqoviç Ağdam klubunda 15 oyun keçirib və 15 qol buraxıb.
saytlarin hazirlanmasi