Kintana Çindən təklif aldığını təsdiqlədi: "Son sözü demək çətindir"

18:31 - 13 Yanvar 2020

"Qarabağ"ın futbolçusu Dani Kintana Çindən təklif aldığını təsdiq edib.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi "CBC Sport"a açıqlamasında məlumatı təsdiqləyib:

 

"Hələ danışıqlar gedir. Məsələ rəsmiləşməyib. Sadəcə, komandanın əsas heyət üzvü olmaq istəyirəm. Əlbəttə, neçə ildir “Qarabağ”dayam. Bura çox bağlanmışam. Son sözü demək indi çox çətindir".

 

Dani 2015-ci ildən "Qarabağ"da çıxış edir. Təcrübəli oyunçu bu mövsüm 24 oyuna 6 qol vurub.

Xəbər xətti