Dani Kintana da "Qarabağ"dan ayrılır

16:46 - 13 Yanvar 2020

Asmir Beqoviçlə Riçard Almeydadan sonra daha bir futbolçu "Qarabağ"ı tərk edə bilər.

 

Sportal.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Dani Kintana Ağdam təmsilçisindən ayrılmaq üzrədir. 32 yaşlı futbolçu ərəb və Çin klublarından sərfəli təkliflər alıb. Çinin II liqa klublarından biri ona ciddi müqavilə şərtləri ilə müraciət edib. Transferdə son sözü "Qarabağ" deyəcək.

 

Dani 2015-ci ildən "Qarabağ"da çıxış edir. Təcrübəli oyunçu bu mövsüm 24 oyuna 6 qol vurub.

Xəbər xətti