Küveyt Premyer Liqasında 11-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamal Mirzəyevin çıxış etdiyi "Əl-Salmiyə" evdə "Əl-Şəbab"ı 2:1 hesabı ilə məğlub edib.
90 dəqiqə meydanda olan Kamal bu dəfə də parlaq oyun nümayiş etdirib və komandasının qələbəsində önəmli pay sahibi olub.
"Əl-Salmiyə" 20 xalla 10 komanda arasında 2-ci yerdə qərarlaşıb.
saytlarin hazirlanmasi