Azərbaycanın U-21 yığmasının futbolçusu Fərid Nəbiyevin çıxış etdiyi Çex Respublikasının “Viktoriya Jijkov” klubu "Beneşov"la yoxlama görüşü keçirib.
Sportal.az xəbər verir ki, qarşılaşma "Viktoriya Jijkov"un 3:1 hesablı qələbəsi ilə başa çatıb. Fərid 2-ci hissədə meydana çıxaraq matçda son qolun müəllifi olub. Nəbiyev 87-ci dəqiqədə fərqlənib.
Bu, Fəridin yanvarın ortalarında qoşulduğu Jijkov təmsilçisndə 4-cü qolu olub. Daha əvvəl o, komandasının 7:1 hesabı ilə qalib gəldiyi yüksək liqa təmsilçisi "Budeyovitse" ilə yoxlama oyununda het-triklə yadda qalmışdı.
saytlarin hazirlanmasi