Azərbaycan millisinin üzvü Renat Dadaşov İngiltərənin "Vulverhempton" klubunun U-23 komandasında növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, 20 yaşlı hücumçu "canavarlar"ın "Birmingem"li həmyaşıdları ilə görüşdə meydanda olub. Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
75-ci dəqiqədə qol vuran Renat komandasını məğlubiyyətdən xilas edib.
4 oyundan sonra "Vulverhempton" 8 xalla öz qrupunda liderdir.
saytlarin hazirlanmasi