Azərbaycan millisinin üzvü Renat Dadaşov İngiltərənin "Vulverhempton" klubunun U-23 komandasının heyətində Birmingem"li həmyaşıdları ilə görüşdə meydanda olub.
Sportal.az xəbər verir ki, 20 yaşlı hücumçu "canavarlar"ı məğlubiyyətdən xilas edən qolun müəllifi olub. 75-ci dəqiqədə qol vuran Renat yekun nəticəni müəyyənləşdirib - 2:2.
4 oyundan sonra "Vulverhempton" 8 xalla öz qrupunda liderdir.
saytlarin hazirlanmasi