Almaniyanın "Hoffenhaym" klubunun müdafiəçisi Kaan Özkaya Azərbaycanın U-19 yığmasına dəvət alıb.
Sportal.az xəbər verir ki, Mannheymdə doğulan 18 yaşlı müdafiəçinin Türkiyə və Almaniya vətəndaşlığı var.
Kaan "Hoffenhaym"ın yetirməsidir. O, yeni mövsüm U-17 komandasından U-19-a yüksəlib. Özkayanın "Hoffenhaym"la müqaviləsi 2021-ci ilin yayında başa çatır.
Kaanın əkiz qardaşı Mərt də "Hoffenhaym"ın üzvüdür. Mərt yarımmüdafiə mövqeyində çıxış edir. Qardaşların fevralın 18-də 18 yaşları tamam olub.