Mövsümün sonunda "Neftçi"dən ayrılacaq ilk futbolçu müəyyənləşdi

15:25 - 21 Fevral 2020

"Neftçi" braziliyalı futbolçusu Dario Frederiko Juniorla mövsümün sonunda yollarını ayırmağa qərar verib.

 

Sportal.az-ın məlumatına görə, 28 yaşlı futbolçunun başa çatacaq müqaviləsi uzadılmayacaq.

 

Dario bu mövsüm 23 oyunda 4 qol vurub. O, ötən mövsümün qış fasiləsində qalmaqallı şəkildə "Neftçi"dən Cənubi Koreyanın "Daequ" klubuna keçmişdi. Braziliyalı ötən yay yenidən "ağ-qaralar"a dönmüşdü.

 

Dario bu qış komandanın Antalya toplanışına aparılmamışdı. Onun komandadan ayrılacağı gözlənilsə də, klub tapmadığı üçün paytaxt təmsilçisində qalmışdı.

Xəbər xətti